Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin iyun ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında
2014-cü ilin iyun ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,1 faiz bahalaşmış, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşmışdır.
Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 5,1 faiz ucuzlaşma, digər xarici ölkələr üzrə 2,0 faiz bahalaşma müşahidə olunmuşdur.
İyun ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,7 faiz bahalaşmışdır.
MDB ölkələrinə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 12,9 faiz bahalaşmış, dəniz nəqliyyatında isə yükdaşıma tarifləri 1,0 faiz ucuzlaşmışdır.
Avtomobil nəqliyyatında yükdaşıma tarifləri üzrə 2,9 faiz bahalaşma müşahidə olunmuşdur.
Əlaqə telefonu: 538-52-72