2014-cü ilin iyun ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

11.07.2014

İyun ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,6 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 2,5 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,5 faiz ucuzlaşmış, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,0 faiz bahalaşmışdır.
Birillik bitkilərdən günəbaxan toxumunun istehsalçı qiymətləri 0,6 faiz, yoncanın istehsalçı qiymətləri 4,3 faiz bahalaşmış, arpanın istehsalçı qiymətləri 4,3 faiz, payızlıq arpa toxumunun 1,0 faiz, yaşıl lobyanın 0,4 faiz, göyərtilərin 3,6 faiz, xiyarın 19,0 faiz, badımcanın 60,2 faiz, pomidorun 5,0 faiz, baş sarımsağın 1,2 faiz, baş soğanın və kartofun 0,2 faiz, quru otun istehsalçı qiymətləri isə 0,5 faiz ucuzlaşmışdır,
Çoxillik bitkilərdən gilasın istehsalçı qiymətləri 5,0 faiz, alçanın 3,1 faiz, fındığın istehsalçı qiymətləri 3,9 faiz ucuzlaşmış, limonun istehsalçı qiymətləri isə 3,7 faiz bahalaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,4 faiz, diri ev quşlarının 0,2 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymələri 21,6 faiz bahalaşmışdır. Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,6 faiz, camışın 2,0 faiz, mal ətinin (diri çəkidə) 0,2 faiz, südün 1,4 faiz, diri qoyun və keçilərin 0,3 faiz, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun 2,2 faiz, yumurtanın 3,1 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşmışdır.
Ay ərzində balıq və sair balıqçılıq məhsullarının və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Əlaqə telefonu: 538-52-72