2014-cü ilin iyun ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

11.07.2014

2014-cü ilin iyun ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,8 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 2,0 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 0,8 faiz artmışdır.
2014-cü ilin iyun ayında mədənçıxarma sənayesi bölməsində xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri 2,0 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri 1,2 faiz bahalaşmış, metal filizlərinin hasilatı üzrə 0,5 faiz ucuzlaşmışdır.
İyun ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,9 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,4 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, kompyuter və digər elektron avadanlıqların istehsalı üzrə 36,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 8,6 faiz, toxuculuq sənayesi üzrə 7,0 faiz, metallurgiya sənayesi üzrə 4,2 faiz, kağız və karton istehsalı üzrə 2,9 faiz, qida məhsullarının istehsalı üzrə 1,4 faiz, neft məhsullarının istehsalı üzrə 0,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,3 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,2 faiz, mebel istehsalı və içki istehsalı üzrə istehsalçı qiymətləri isə 0,1 faiz bahalaşmışdır.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Əlaqə telefonu: 538-52-72