Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
“Azərbaycanda turizm və xidmətlər” adlı illik statistik məcmuəsi nəşr olunmuşdur
“Azərbaycanda turizm və xidmətlər” məcmuəsi Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm, mehmanxana və mehmanxana tipli müəssisələrin iqtisadi göstəriciləri və ölkə sərhəddini keçərək xarici ölkələrə gedən və Azərbaycan Respublikasına gələn vətəndaşların sayı, iaşə dövriyyəsi, əhaliyə göstərilən pullu xidmətlər, o cümlədən məişət xidməti, reklam müəssisələrinin fəaliyyəti haqqında statistik məlumatların əks olunduğu illik nəşrdir.
Statistik məcmuəyə turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin, mehmanxana və mehmanxana tipli müəssisələrin və onlarda çalışan işçilərin sayı, müəssisələrin əldə etdikləri gəlir və xərcləri, ölkə daxilində və xarici ölkələrdə səyahət etmək üçün Azərbaycan vətəndaşlarına və Azərbaycanda səyahət etmək üçün xarici ölkə vətəndaşlarına satılmış turizm yollayışı blanklarının sayı və dəyəri, həmçinin xarici ölkələrə səyahət edən Azərbaycan vətəndaşlarının və Azərbaycana səyahət edən xarici vətəndaşların ölkələr üzrə sayı və digər göstəricilər daxil edilmişdir.
Məcmuənin məlumatlarının elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının "Turizm", "İaşə və pullu xidmət" bölmələrindən, nəşr versiyasını isə "Azərbaycanda turizm və xidmət, 2014" (6.19 MB) linki vasitəsilə əldə etmək olar.