Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin iyul ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında
2014-cü ilin iyul ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,6 faiz, sərnişindaşıma tarifləri isə 2,3 faiz bahalaşmışdır.
Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 8,2 faiz, digər xarici ölkələr üzrə isə 13,8 faiz bahalaşma müşahidə olunmuşdur.
İyul ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,5 faiz bahalaşmışdır.
MDB ölkələrinə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 0,1 faiz bahalaşmışdır.
Ay ərzində avtomobil və dəniz nəqliyyatında yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmamışdır.
Əlaqə telefonu: 538-52-72