Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əmtəə bazarı haqqında
2014-cü ilin yanvar-iyul aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 11,8 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əmtəə satılmışdır. İstehlak mallarının 50,5 faizini qida məhsulları, içkilər və tütün məmulatları, 49,5 faizini qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,3 faiz bəndi artmışdır.
Cari ilin yeddi ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-iyul aylarına nisbətən 10,2 faiz artaraq 1,5 milyon manat təşkil etmişdir. Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 78,3 faizini hüquqi, 21,7 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 90,3 faizini qeyri-ərzaq malları təşkil etmişdir.
Tel: 538-76-95