Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin iyul ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
2014-cü ilin iyul ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,9 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 4,4 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşmışdır.
2014-cü ilin iyul ayında mədənçıxarma sənayesi bölməsində xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri 4,5 faiz, metal filizlərinin hasilatı üzrə 1,1 faiz ucuzlaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri 0,4 faiz bahalaşmışdır.
İyul ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kompyuter, elektron və optik məhsulların istehsalı üzrə 25,3 faiz, toxuculuq sənayesi üzrə 7,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 5,3 faiz, geyim istehsalı üzrə 3,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,7 faiz, kimya sənayesi üzrə 2,5 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 1,4 faiz, mebel istehsalı üzrə 0,8 faiz, metallurgiya sənayesi və tikinti məmulatlarının istehsalı üzrə 0,6 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,3 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,2 faiz ucuzlaşmış, əczaçılıq məhsullarının istehsalı üzrə 0,3 faiz, neft məhsullarının istehsalı üzrə 0,2 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə istehsalçı qiymətləri isə 0,1 faiz bahalaşmışdır.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.
Əlaqə telefonu: 538-52-72