Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin yanvar-iyun aylarında nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə
Cari ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələrində işləyən 75,6 min muzdlu işçinin 72,7 faizi dövlət müəssisələrində, 27,3 faizi özəl bölmədə çalışmışdır. İşçilərin 51,9 faizi yerüstü və boru kəməri, 12,5 faizi su, 15,7 faizi hava nəqliyyatı, 19,9 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləmişdir.
2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 3,0 faiz artaraq 539,0 manat olmuş, bu göstərici hava nəqliyyatında 780,0 manat, dəniz nəqliyyatında 729,8 manat, avtomobil nəqliyyatında 462,0 manat, dəmir yolu nəqliyyatında isə 214,5 manat təşkil etmişdir. Əmək haqqı metro nəqliyyatında 12,8 faiz, avtomobil nəqliyyatında 10,3 faiz, dəniz nəqliyyatında 2,7 faiz, dəmir yolu nəqliyyatında isə 3,6 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 27,0 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 9,1 faiz artaraq 726,4 manat olmuşdur.
Tel: 538-62-96