“Azərbaycanın energetikası” statistika məcmuəsi nəşr olunmuşdur

20.08.2014

Statistik məсmuənin bu buraxılışında 2007-2013-cü illər üzrə milli enerji balansı, 2009-2013-cü illər əhatə olunmaqla enerji məhsullarının əmtəə balansları və energetika statistikasına aid digər zəruri məlumatlar verilmişdir.
Məcmuə 5 bölmədən ibarətdir. 1-ci bölmədə energetika müəssisələrinin işinin əsas göstəriciləri, enerji tutumu və s., 2-ci bölmədə illər üzrə enerji balansı və balansın sektorlar üzrə bölgüsü, 3-cü bölmədə enerji balansını əhatə edən ayrı-ayrı enerji məhsullarının (əmtəə) balansları, 4-cü bölmədə enerji məhsullarının iqtisadi fəaliyyət növləri üzrə istehlakı, 5-ci bölmədə xam neftin, təbii qazın hasilatı, elektrik stansiyalarının gücü, iqtisadiyyatın ayrı-ayrı sahələrində fəaliyyət göstərən müəssisələr tərəfindən atmosferə atılan çirkləndirici maddələr haqqında və s. əlavə cədvəllər verilmişdir.
Məcmuənin məlumatlarının elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının "Energetika" bölməsindən, nəşr versiyasını isə "Azərbaycanın energetikası, 2014 " (1 MB) linki vasitəsilə əldə etmək olar.