Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
“Azərbaycanda təhsil, elm və mədəniyyət” statistik məcmuəsi nəşr olunmuşdur
Statistik məcmuədə Azərbaycan Respublikasında təhsilin, elmin, mədəniyyətin vəziyyətini və inkişaf səviyyəsini əks etdirən əsas göstəricilər verilmişdir.
Məcmuədə məktəbəqədər, məktəbdənkənar, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələri, doktorantura, elmi-tədqiqat və işləmələri yerinə yetirən müəssisələrin, işçilərin sayı və tərkibi, yerinə yetirilmiş elmi-texniki işlərin həcmi, tədqiqat və işləmələrə çəkilən xərclər, tədqiqat və işləmələrdə istifadə olunan əsas vəsaitlər, kütləvi kitabxanalar, klub müəssisələri, muzeylər, teatrlar, konsert təşkilatları, kinoteatrlar, sirk, zoopark, mədəniyyət və istirahət parkları haqqında məlumatlar dərc olunmuşdur.
Məcmuənin məlumatlarının elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının "Təhsil, elm və mədəniyyət" bölməsindən, nəşr versiyasını isə "Azərbaycanda təhsil, elm və mədəniyyət, 2014" (1.79 MB) linki vasitəsilə əldə etmək olar.