Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
“Əmək bazarı” statistik məcmuəsi nəşr olunmuşdur
“Əmək bazarı” statistik məcmuəsində Azərbaycan Respublikasının əmək bazarını xarakterizə edən əsas göstəricilər verilmişdir.
Məcmuədə əhali və əmək ehtiyatları, iqtisadiyyatın fəaliyyət növləri üzrə məşğul olan əhalinin sayı, işçi qüvvəsinin hərəkəti, əmək şəraiti, əmək bazarında tələb və təkliflər, işsizliyin səviyyəsi, əmək haqqı, işçi qüvvəsinə çəkilən xərclərin dəyəri, kadrların peşə hazırlığı və iqtisadi fəal əhalinin digər göstəriciləri əks olunmuşdur.
Məcmuənin məlumatlarının elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının "Əmək bazarı" bölməsindən, nəşr versiyasını isə "Əmək bazarı, 2014" (977 KB) linki vasitəsilə əldə etmək olar.