2014-cü ilin yanvar-avqust aylarında sənayenin işi haqqında

10.09.2014

2014-cü ilin yanvar-avqust aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 22,6 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Sənaye məhsulunun 72,1 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 28,6 milyon ton neft, 12,3 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilmişdir. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 22,0 faizini təşkil etmiş, qida, geyim, tütün məmulatlarının, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilmişdir. İstehsal edilmiş sənaye məhsulunun 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-avqust aylarının səviyyəsini 5,4 faiz üstələmiş, neft-qaz sektorunda isə 2,4 faiz azalmışdır. Ümumi sənaye istehsalının 93,2 faizi malların (əmtəələrin), 6,8 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 80,7 faizi özəl bölmədə istehsal olunmuşdur.

Tel. 539-87-17