2014-cü ilin yanvar-avqust aylarında ümumi daxili məhsul istehsalı

11.09.2014

2014-cü ilin yanvar-avqust aylarında ölkədə 39,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.
Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 55,9 faizdən 57,3 faizədək yüksəlmişdir.
ÜDM-in 61,9 faizi istehsal sahələrində, o cümlədən 45,0 faizi sənayedə, 11,8 faizi tikintidə, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunmuş, 31,0 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Xidmətlər sektorunda əlavə dəyər istehsalının 25,1 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 15,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,3 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 47,0 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilmişdir.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizini təşkil etmişdir.

Əlaqə telefonu: 538 74 50