“Azərbaycanın statistik göstəriciləri” statistik məcmuəsi nəşr olunmuşdur

11.09.2014

Bu məcmuə ölkənin iqtisadi, sosial, demoqrafik və ekoloji həyatında baş verən prosesləri əks etdirən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin illik statistik nəşridir.
Məcmuədə 2013-cü ildə Azərbaycan Respublikasının sosial-iqtisadi vəziyyəti haqqında statistik məlumatlar 2005 və 2012-ci illərlə müqayisədə verilməklə mülkiyyət münasibətlərinin və təsərrüfatçılıq formalarının inkişafı, dövlət maliyyəsi, sığorta, tədiyə balansı, mənzil fondunun özəlləşdirilməsi, turizm, şəhər və rayonlar üzrə əsas sosial-iqtisadi göstəricilər, beynəlxalq müqayisələr və digər məlumatlar öz əksini tapmışdır.
Məcmuənin nəşr versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının Statistik nəşrlər / Nəşrlərin e-versiyaları bölməsindəki, "Azərbaycanın statistik göstəriciləri, 2014" (5.54 MB) başlığından əldə etmək olar.