Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
“Kənd təsərrüfatı müəssisələri və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri” statistik məcmuəsi nəşr olunmuşdur
Statistik məcmuədə aqrar bölmədə fəaliyyət göstərən müxtəlif təşkilati-hüquqi formalı kənd təsərrüfatı müəssisələri və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri verilmişdir.
Məcmuəyə kənd təsərrüfatı məhsullarının maya dəyəri, satış qiyməti və rentabelliyi, əmək məsarifi, istehsal xərclərinin strukturu, kənd təsərrüfatı müəssisələrinin sayı, onlarda çalışan işçilərin orta illik sayı, əsas fondların dəyəri və s. barədə məlumatlar daxil edilmişdir.
Məcmuənin məlumatlarının elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının "Kənd, meşə və balıqçılıq təsərrüfatı" bölməsindən, nəşr versiyasını isə "Kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri, 2014" (4.04 MB) linki vasitəsilə əldə etmək olar.