2014-cü ilin sentyabr ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında

10.10.2014

2014-cü ilin sentyabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,4 faiz, sərnişindaşıma tarifləri isə 3,2 faiz bahalaşmışdır.
Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 12,5 faiz, digər xarici ölkələr üzrə isə 19,1 faiz bahalaşma müşahidə olunmuşdur.
Sentyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,1 faiz bahalaşmışdır.
Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,0 faiz ucuzlaşmışdır.
Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Əlaqə telefonuı: 538-52-72