Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin sentyabr ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
2014-cü ilin sentyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 4,0 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 4,6 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşmışdır.
2014-cü ilin sentyabr ayında mədənçıxarma sənayesi bölməsində xam neft və təbii qaz hasilatı üzrə 4,6 faiz ucuzlaşma, metal filizlərinin hasilatı üzrə 1,3 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə 0,5 faiz bahalaşma müşahidə olunmuşdur.
Sentyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 0,9 faiz, neft məhsullarının istehsalı üzrə 0,7 faiz, metallurgiya və icki istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, kompyuter və digər elektron avadanlıqlarının istehsalı üzrə 4,7 faiz, tikinti məmulatlarının istehsalı və tütün məmulatlarının istehsalı üzrə 0,5 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,2 faiz, qida məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri isə 0,1 faiz bahalaşmışdır.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.
Əlaqə telefonu: 538-52-72