Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İdxal – ixrac əməliyyatları haqqında
2014-cü ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 139 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 105 ölkəyə əmtəə ixrac olunmuş, 126 ölkədən idxal olunmuşdur. Xarici ticarət əlaqələri iştirakçılarının 43-ü Avropa, 30-u Amerika, 42-si Asiya ölkələri və digərləridir.
Səkkiz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 27,6 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 22,0 milyard dollar, idxalın həcmi 5,6 milyard dollar təşkil etmiş, nəticədə 16,4 milyard dollarlıq müsbət saldo yaranmışdır.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı 1,1 milyard dollar təşkil etmişdir. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 117,0 dollara bərabər olmuşdur.
Tel: 538-76-95