Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin yanvar-sentyabr aylarında yaradılmış statistik vahidlər haqqında
2014-cü ilin yanvar-sentyabr aylarında ölkədə qeydiyyata alınmış müəssisə və təşkilatların sayı artmaqda davam edərək 5491 olmuşdur.
Yeni müəssisələrin 57,3 faizi Bakıda, 8,8 faizi Aran, 8,2 faizi Abşeron, 7,7 faizi Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatına əsasən, 2014-cü ilin yanvar-sentyabr aylarında 55664 fiziki şəxs qeydiyyatdan keçmişdir. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınmışdır.
Tel: 538-81-97; 538-93-67