Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri
Cari ilin yanvar-oktyabr aylarında əhalinin hər nəfərinə düşən gəlirlər keçən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 3229,5 manat və ya orta hesabla ayda 322,9 manat təşkil etmişdir.
Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 30,4 milyard manatlıq gəlirin 70,0 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 18,2 faizi isə yığıma yönəldilmişdir.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 27,6 milyard manat həcmində və ya əvvəlki ildəkindən 6,0 faiz çox vəsait qalmışdır.
Əlaqə telefonu: 538 90 98