2014-cü ilin yanvar-noyabr aylarında sənayenin işi haqqında

11.12.2014

2014-cü ilin yanvar-noyabr aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 29,8 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Sənaye məhsulunun 70,4 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 38,4 milyon ton neft, 17,0 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilmişdir. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 23,4 faizini təşkil etmiş, qida, içki, tütün məmulatlarının, toxuculuq, geyim, kimya, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilmişdir. İstehsal edilmiş sənaye məhsulunun 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-noyabr aylarının səviyyəsini 6,6 faiz üstələmiş, neft-qaz sektorunda isə 3,0 faiz azalmışdır. Ümumi sənaye istehsalının 92,7 faizi malların (əmtəələrin), 7,3 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 80,1 faizi özəl bölmədə istehsal olunmuşdur.

Tel. 539-87-17