2014-cü ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri

15.12.2014

2014-cü ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 33,6 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi 3573,3 manat və ya orta hesabla ayda 324,8 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,9 faiz bəndi üstələyərək 3,4 faiz olmuşdur.
Bu dövr ərzində ölkə əhalisi gəlirlərinin 69,5 faizini son istehlak xərclərinə, 9,1 faizini vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6 faizini kreditlər üzrə faizlərin ödənilməsinə sərf etmiş, 18,8 faizini isə yığıma yönəltmişdir.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 30,6 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,1 faiz çox vəsait qalmışdır.

Əlaqə telefonu: 538-74-50