Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Gürcüstanın Tbilisi şəhərində “Turin prosesi üzrə regional konfrans” keçirilmişdir.
Dövlət Statistika Komitəsinin Xidmət statistikası şöbəsi müdirinin müavini Fərhad Qubatov 2014-cü il 3-4 dekabr tarixində Tbilisi şəhərində Şərq tərəfdaşlığı platforması çərçivəsində Avropa Komissiyası, Avropa Təhsil Fondu və Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən təşkil edilmiş “Turin Prosesi üzrə Regional Konfrans”da iştirak etmişdir. Konfransda Azərbaycan tərəfdən Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Sənaye nazirliklərinin nümayəndələri də iştirak etmişlər. Eyni zamanda, tədbirdə Belarus, Gürcüstan, Ukrayna, Moldova və Ermənistanın statistika orqanlarının, təhsil, əmək və iqtisadiyyat nazirliklərinin nümayəndələri, habelə bu sahədə olan müxtəlif ekspertlər iştirak etmişlər.
Konfransda son iki ildə peşə təhsili və təlimi sahəsində əldə edilmiş müsbət dəyişikliklərin ümumi və fərqli tərəflərinin təhlil edilməsi, ölkə səviyyəsində problemlərin və prioritetlərin, regional əməkdaşlığın potensial istiqamətlərinin, habelə siyasətin ölkə və regional səviyyədə monitorinqinin həyata keçirilməsi üçün məqsədli istiqamətlərin istifadəsinə və tərəfdaş ölkələr üçün Avropa İttifaqının məqsədli meyarlarının (Avropa İttifaqının Strategiyası 2020) tətbiqinə dair məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur.
Konfransın ümumi iclasında Turin prosesi üzrə regional hesabatda müəyyən edilmiş əsas nəticələrin və istiqamətlərin təqdimatı, 2012-ci ildən peşə təhsili və təlimi sahəsində əldə edilmiş inkişaf, ölkə səviyyəsində vəziyyətin təhlili əsasında gələcək inkişaf istiqamətləri, peşə təhsili və təlimi siyasətinin həyata keçirilməsinin bençmarkinq və monitorinqi, Avropa İttifaqında təhsilin inkişafının monitorinqi, əməkdaş ölkələrdə bençmarkinq, siyasətin həyata keçirilməsinin və faktiki məlumatların keyfiyyətinin monitorinqi məsələləri müzakirə edilmişdir.
Turin prosesinin məqsədi peşə təhsili və təlimi sistemində cari vəziyyətin müəyyən edilməsi və 2012-ci ildən başlayaraq ölkələrin qarşıya qoyduğu nəticələrə çatmasının müəyyən edilməsi üçün təhlilin aparılması, peşə təhsili və təlimi sisteminin və siyasətinin sonrakı inkişaf yolları üzrə ümumi baxışların işlənib hazırlanmasıdır.
İşçi qruplarda faktiki məlumatlardan istifadə edilməsi: peşə təhsili və təlimi siyasətinin işlənməsində və təhlilində, habelə əlavə tədbirlərin görülməsində faktiki məlumatlardan istifadə, metodoloji göstərişlər, təhsil prosesinin təşkili: peşə təhsili və təlimində tədris prosesinin daha səmərəli təşkili, tədris müəssisələri şəbəkəsinin yenidən təşkili, maliyyələşmə mexanizmlərinin, idarəetmənin tədris prosesinin təkmilləşdirilməsinə təsiri, sosial əməkdaşlıq: peşə təhsili və təliminə işverənlərin cəlb edilməsində inkişafa nail olunması; təhsil və biznes arasında yeni əməkdaşlıq modellərinin yaradılması, peşə təhsili və təliminin imici: peşə təhsili və təliminin cəlbedici olması üçün görülən tədbirlər, biliklərə yiyələnmə, praktiki hazırlıq proseslərində keyfiyyətin artırılması məsələləri müzakirə edilmişdir.