2014-cü ilin dekabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

12.01.2015

Dekabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,5 faiz, o cümlədən birillik və çoxillik bitkilərin uyğun olaraq 1,5 və 4,9 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşmışdır.
Birillik bitkilərdən pomidorun istehsalçı qiyməti 11,1 faiz ucuzlaşmış, buğdanın 6,4 faiz, arpanın 3,1 faiz, lobya dəninin 8,1 faiz, şəkər çuğundurunun 20,1 faiz, kələmin 3,1 faiz, kartofun istehsalçı qiyməti isə 0,6 faiz bahalaşmışdır.
Çoxillik bitkilərdən xurmanın istehsalçı qiyməti 14,7 faiz, feyxoanın 2,5 faiz, əzgilin 11,5 faiz, limonun 6,7 faiz, naringinin 12,7 faiz, heyvanın 32,9 faiz, almanın 2,4 faiz, armudun 7,5 faiz, şabalıdın 7,1 faiz, fındığın 4,6 faiz, qozun istehsalçı qiyməti 2,9 faiz bahalaşmış, portağalın istehsalçı qiyməti isə 5,0 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından mal və quş ətinin (diri çəkidə) istehsalçı qiyməti müvafiq olaraq 2,6 və 0,7 faiz ucuzlaşmış, südün 0,8 faiz, diri qoyun və keçilərin 0,3 faiz, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun 1,0 faiz, qoyun ətinin (diri çəkidə) 0,1 faiz, yumurtanın istehsalçı qiyməti isə 14,4 faiz bahalaşmışdır.

Əlaqə telefonu: 538-52-72