Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin dekabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2014-cü ilin dekabr ayında ərzaq məhsullarının qiymətləri 1,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalmış, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,5 faiz bahalaşmışdır.
Ay ərzində çovdar və qarışıq undan çörəyin, mal və qoyun ətinin, günəbaxan yağının, müxtəlif içli şokoladlı konfetlərin, bananın, limonun, naringinin, portağalın, göyərtinin və kələmin qiymətlərində ucuzlaşma, buğda ununun, düyünün, qarabaşaq yarmasının, kərə və zeytun yağının, süfrə duzunun, şəkərin, südün, yumurtanın, almanın, armudun, narın, şabalıdın, kartofun, soğanın, sarımsağın və şirin bibərin qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.
Dekabr ayında əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərində respublikadan kənara dəmiryolu və hava nəqliyyatı ilə sərnişindaşıma tariflərində bahalaşma qeydə alınmışdır.
Əlaqə telefonu: 538-52-72