Əmtəə bazarı haqqında

13.01.2015

2014-cü ildə istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 22,0 milyard manatlıq və ya 2013-cü illə müqayisədə 10,0 faiz çox əmtəə satılmışdır. Satılmış istehlak mallarının 50,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq malları təşkil etmiş və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2013- cü il ilə müqayisədə 3,3 faiz bəndi artmışdır.
2014-cü ildə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2013-cü ilə nisbətən 2,4 dəfə artaraq 6,4 milyon manat təşkil etmişdir. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 91,3 faizini hüquqi şəxslərin, 8,7 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 94,6 faizini qeyri-ərzaq malları təşkil etmişdir.

Tel: 538-76-95