Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin yanvar ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2015-ci ilin yanvar ayında 2014-cü ilin dekabrına nisbətən ərzaq məhsullarının qiymətləri 0,4 faiz bahalaşmış, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri dəyişməmiş, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,2 faiz bahalaşmışdır.
Ay ərzində mal, qoyun və toyuq ətinin, yumurtanın, qarğıdalı yağının, balıq məhsullarının, limonun, portağalın, bananın, göyərtinin, çuğundurun, kökün qiymətlərində ucuzlaşma, düyünün, buğda ununun, qarabaşaq yarmasının, kolbasa məmulatlarının, zeytun yağının, süfrə marqarininin, almanın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, kartofun, soğanın, sarımsağın, çayın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.
Əlaqə telefonu: 538-52-72