2015-ci ilin yanvar ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında

09.02.2015

2015-ci ilin yanvar ayında 2014-cü ilin dekabrına nisbətən nəqliyyat sektorunda həm yükdaşıma tarifləri, həm sərnişindaşıma tarifləri 6,2 faiz ucuzlaşmışdır.
Sərnişindaşıma tarifləri üzrə ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında hava nəqliyyatında digər xarici ölkələr üzrə 21,3 faiz, MDB ölkələri üzrə isə dəmir yolu və hava nəqliyyatında müvafiq olaraq 9,7 və 32,6 faiz ucuzlaşma müşahidə olunmuşdur. Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmamışdır.
Yanvar ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 21,6 faiz ucuzlaşmışdır.

Əlaqə telefonuı: 538-52-72