2015-ci ilin yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

10.02.2015

2015-ci ilin yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 20,9 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 24,0 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 5,3 faiz ucuzlaşmışdır.
2015-ci ilin yanvar ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 24,1 faiz ucuzlaşma, metal filizlərinin hasilatı üzrə 1,4 faiz bahalaşma müşahidə olunmuş, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə sabit qalmışdır.
Yanvar ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 9,4 faiz, neft məhsullarının istehsalı üzrə 8,8 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 7,8 faiz, qida məhsullarının istehsalı üzrə 3,9 faiz, mebel istehsalı üzrə 1,6 faiz, tütün məmulatlarının istehsalı üzrə 1,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,9 faiz, içki istehsalı üzrə 0,6 faiz, tikinti məmumatlarının istehsalı üzrə 0,3 faiz, geyim istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, toxuculuq sənayesi üzrə 3,0 faiz, metallurgiya sənayesi üzrə 1,5 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,5 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,3 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşmışdır.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Əlaqə telefonu: 538-52-72