Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əmtəə bazarı haqqında
2015-ci ilin yanvar ayında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 1,8 milyard manatlıq və ya 2014-cü ilin müvafiq ayı ilə müqayisədə 9,4 faiz çox əmtəə satılmışdır. Satılmış istehlak mallarının 50,2 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,8 faizini qeyri-ərzaq malları təşkil etmiş və qeyri-ərzaq mallarının xüsusi çəkisi keçən ilin yanvar ayı ilə müqayisədə 3,8 faiz bəndi artmışdır.
Cari ilin ilk ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar ayına nisbətən 1,5 dəfə artaraq 864,9 min manat təşkil etmişdir. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 92,8 faizini hüquqi şəxslərin, 7,2 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 96,0 faizini qeyri-ərzaq malları təşkil etmişdir.
2015-ci ilin yanvar ayında ictimai iaşə dövriyyəsinin həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz artaraq 71,3 milyon manat olmuşdur. Hüquqi şəxslərin iaşə obyektlərində dövriyyənin həcmi 1,7 faiz, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektlərində isə 24,0 faiz artmışdır.
Tel: 538-76-95