Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əmtəə bazarı haqqında
2015-ci ilin yanvar-fevral aylarında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 3,5 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çox əmtəə satılmışdır. Satılmış istehlak mallarının 50,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq malları təşkil etmiş və qeyri-ərzaq mallarının xüsusi çəkisi keçən ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3 faiz bəndi artmışdır.
Cari ilin ilk iki ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-fevral aylarına nisbətən 1,5 dəfə artaraq 1688,7 min manat təşkil etmişdir. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 92,7 faizini hüquqi şəxslərin, 7,3 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 95,9 faizini qeyri-ərzaq malları təşkil etmişdir.
2015-ci ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsinin həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz artaraq 141,7 milyon manat olmuşdur. Hüquqi şəxslərin iaşə obyektləri üzrə dövriyyənin həcmi 60,4 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 81,3 milyon manat təşkil etmişdir.
Tel: 538-76-95