Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul istehsalı
2015-ci ilin yanvar-fevral aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq 7,1 milyard manat olmuşdur.
ÜDM-in 66,6 faizi iqtisadiyyatın qeyri-neft-qaz sahələrində istehsal olunmuş və əvvəlki ilin eyni dövrü ilə müqayidədə 5,1 faiz artımdır.
Bu dövrdə ÜDM-in 36,3 faizi sənayedə, 12,0 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 10,4 faizi tikintidə, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,4 faizi informasiya və rabitə xidmətlərində, 14,9 faizi isə sosial və digər xidmətlər sahəsində istehsal olunmuşdur.
Məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizini təşkil etmişdir.
Əlaqə telefonu: 538 74 50