2015-ci ilin yanvar-fevral aylarında sənayenin işi haqqında

16.03.2015

2015-ci ilin yanvar-fevral aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 3,7 milyard manatlıq məhsul istehsal olunaraq 2,3 faizlik artım qeydə alınmışdır.
Sənaye məhsulunun 59,9 faizinin istehsal olunduğu mədənçıxarma bölməsində 6,9 milyon ton neft, 3,4 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilmişdir. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 29,2 faizini təşkil etmiş, içki, tütün məmulatlarının, kağız və karton, kimya, rezin və plastmas məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında artım müşahidə edilmişdir.
İstehsal edilmiş sənaye məhsulunun 9,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 1,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Ümumi sənaye istehsalının 88,1 faizi malların (əmtəələrin), 11,9 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 72,8 faizi özəl bölmədə istehsal olunmuşdur.

Tel. 539-87-17