Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ildə “İpək yolu”nda nəqliyyatın fəaliyyəti haqqında
2014-cü ildə “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 58,2 milyon ton yük, 307,3 milyon nəfər və ya 7,8 faiz çox sərnişin daşınmışdır. Dəhlizdə daşınmış yüklərin 49,8 faizi avtomobil, 34,2 faizi dəmir yolu, 16,0 faizi dəniz nəqliyyatının payına düşmüş, avtomobil nəqliyyatında 5,7 faiz artım qeydə alınmışdır. Dəhliz vasitəsilə daşınmış yüklərin 21,9 faizini və ya 12,8 milyon tonunu tranzit yüklər təşkil etmişdir.
Yük daşımaları fəaliyyətindən 531,0 milyon manat, sərnişin daşınmasından isə 120,4 milyon manat gəlir əldə olunmuş və ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,5 faiz və 13,1 faiz artmışdır.
Əlaqə telefonu: 538-90-12