2015-ci ilin mart ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

14.04.2015

Mart ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz, o cümlədən birillik və çoxillik bitkilərin uyğun olaraq 1,3 və 2,8 faiz bahalaşmış, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,7 faiz ucuzlaşmışdır. Balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 0,8 faiz bahalaşmışdır.
Birillik bitkilərdən buğdanın, arpa dəninin, yerfındığının, xiyarın, pomidorun istehsalçı qiyməti bahalaşmış, baş soğanın, baş kələmin, quru otun, süfrə çuğundurun, kartofun, noxud dəninin istehsalçı qiyməti isə ucuzlaşmışdır.
Çoxillik bitkilərdən almanın istehsalçı qiyməti ucuzlaşmış, şabalıdın, fındığın, qozun, narın, gül şitilinin istehsalçı qiyməti isə bahalaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından südün, mal və qoyun ətinin (diri çəkidə), təbii balın istehsalçı qiyməti bahalaşmış, diri qoyun və keçilərin, yumurtanın, diri ev quşlarının, quş ətinin (diri çəkidə) istehsalçı qiyməti isə ucuzlaşmışdır.

Əlaqə telefonu: 538-52-72