2015-ci ilin mart ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında

14.04.2015

2015-ci ilin mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 11,2 faiz, sərnişindaşıma tarifləri isə 0,8 faiz bahalaşmışdır.
Hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 0,9 faiz, digər xarici ölkələr üzrə 6,9 faiz bahalaşma müşahidə olunmuşdur. Yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.
Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 4,2 faiz ucuzlaşmış, yükdaşıma tarifləri isə sabit qalmışdır.
Dəniz nəqliyyatında yükdaşıma tarifləri MDB və digər xarici ölkələr üzrə müvafiq olaraq 30,2 və 32,2 faiz bahalaşmış, sərnişindaşıma tarifləri isə sabit qalmışdır.
Mart ayında boru kəməri vasitəsilə neftin və qazın nəql olunma tarifləri müvafiq olaraq 17,7 və 21,8 faiz bahalaşmışdır. Avtomobil nəqliyyatında yükdaşıma tarifləri üzrə 0,1 faiz bahalaşma qeydə alınmış, sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Əlaqə telefonu: 538-52-72