2015-ci ilin yanvar-mart aylarında yaradılmış statistik vahidlər haqqında

14.04.2015

2015-ci ilin yanvar-mart aylarında ölkədə 1714 müəssisə yaradılmışdır.
Yeni müəssisələrin 52,2 faizi Bakıda, 14,6 faizi Aran, 10,2 faizi Lənkəran, 6,9 faizi Abşeron, 6,4 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir.
Bundan əlavə, 2015-ci ilin yanvar-mart aylarında ölkənin vergi orqanlarında 18279 fiziki şəxs qeydiyyatdan keçmişdir. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Şəki-Zaqatala, Lənkəran və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınmışdır.

Tel: 538-81-97; 538-93-67