Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin yanvar-mart aylarında əhalinin gəlirləri
2015-ci ilin birinci rübündə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 9,5 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 996,8 manat və ya ayda 332,3 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,2 faiz bəndi üstələyərək 4,0 faiz olmuşdur.
Gəlirlərin 75,7 faizi son istehlaka, 9,6 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,1 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 12,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlir 8,6 milyard manat təşkil etmiş və əvvəlki ildəkinə nisbətən 5,3 faiz artmışdır.
Əlaqə telefonu: 538 90 98