Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin yanvar-mart aylarında sənayenin işi haqqında
2015-ci ilin yanvar-mart aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 5,8 milyard manatlıq məhsul istehsal olunaraq 3,9 faizlik artım qeydə alınmışdır. Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-mart aylarının səviyyəsini 9,0 faiz, neft-qaz sektorunda isə 3,4 faiz üstələmişdir.
Sənaye məhsulunun 58,7 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 10,5 milyon ton neft, 5,2 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilmişdir. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 30,9 faizini təşkil etmiş, qida, içki, geyim, kağız və karton, poliqrafiya, neft məhsullarının, kimya, rezin və plastmas məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında artım müşahidə edilmişdir.
İstehsal edilmiş sənaye məhsulunun 9,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 1,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Ümumi sənaye istehsalının 87,1 faizi malların (əmtəələrin), 12,9 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 73,1 faizi özəl bölmədə istehsal olunmuşdur.
Tel. 539-87-17