2015-ci ilin aprel ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

13.05.2015

2015-ci ilin aprel ayında ərzaq məhsullarının qiymətləri 0,5 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri 0,5 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9 faiz ucuzlaşmış, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2 faiz ucuzlaşmışdır.
Ay ərzində qarabaşaq yarmasının, balıq məhsullarının, toyuq ətinin, yumurtanın, qarğıdalı yağının, şəkər tozunun, göyərtinin, çuğundurun, kartofun qiymətlərində ucuzlaşma, düyünün, makaron məmulatlarının, mal və qoyun ətinin, kərə yağının, zeytun və günəbaxan yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, kələmin, kökün, soğanın, sarımsağın, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.
Aprel ayında qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin qiymətləri ucuzlaşmışdır.
Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, respublikadan kənara dəmiryolu sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72