2015-ci ilin birinci rübündə nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə

15.05.2015

Cari ilin birinci rübündə nəqliyyat müəssisələrində işləyən 70,3 min muzdlu işçinin 70,3 faizi dövlət müəssisələrində, 29,7 faizi özəl bölmədə çalışmışdır. İşçilərin 50,3 faizi yerüstü və boru kəməri, 9,9 faizi su, 17,6 faizi hava nəqliyyatı, 22,2 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləmişdir.
2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 0,6 faiz artaraq 535,8 manat olmuş, bu göstərici dəniz nəqliyyatında 943,4 manat, hava nəqliyyatında 825,1 manat, metro nəqliyyatında 589,3 manat, avtomobil nəqliyyatında 299,9 manat, dəmir yolu nəqliyyatında isə 198,7 manat təşkil etmişdir. Əmək haqqı dəniz nəqliyyatında 33,3 faiz, hava nəqliyyatında 5,4 faiz, boru nəqliyyatında isə 1,3 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,2 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 8,1 faiz artaraq 751,0 manat olmuşdur.

Tel: 538-86-68