Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin yanvar-mart aylarında “İpək yolu”nda nəqliyyatın fəaliyyəti haqqında
Cari ilin birinci rübündə “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 13,5 milyon ton yük, 80,9 milyon nəfər və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz çox sərnişin daşınmışdır. Dəhlizdə daşınmış yüklərin 54,7 faizi avtomobil, 31,4 faizi dəmir yolu, 13,9 faizi dəniz nəqliyyatının payına düşmüş, avtomobil nəqliyyatında 5,8 faiz artım qeydə alınmışdır. Daşınmış yüklərin 19,9 faizini və ya 2,7 milyon tonunu tranzit yüklər təşkil etmişdir.
Yük daşımaları fəaliyyətindən 130,7 milyon manat, sərnişin daşınmasından isə 30,0 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 9,1 faiz və 14,6 faiz artmışdır.
Əlaqə telefonu: 538-90-12