Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət qulluqçularının sayı və onların əmək haqqı barədə
2015-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 30,1 min nəfər olmuş və onların 28,5 faizini qadınlar təşkil etmişdir. Dövlət qulluqçularının 3,8 faizi inzibati vəzifələrin ali-3-cü təsnifatları üzrə, 76,5 faizi 4-7-ci təsnifatları üzrə və 19,7 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləmişdir.
Dövlət qulluqçularının 8,7 faizi 1 ilə qədər, 26,9 faizi 1 ildən 5 ilə qədər, 22,0 faizi 5 ildən 10 ilə qədər, 16,0 faizi 10 ildən 15 ilə qədər, 26,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 16,7 faiz, 30-34 yaşda 14,5 faiz, 35-44 yaşda 22,3 faiz, 45-54 yaşda 25,8 faiz, 55-62 yaşda 16,9 faiz, 63 və yuxarı yaşda olan dövlət qulluqçuları dövlət qulluqçularının ümumi sayının 3,8 faizini təşkil etmişdir.
4-7-ci təsnifatlar üzrə inzibatı vəzifələrdə çalışanların 1,3 faizini yerli icra başçısının müavinləri, 14,9 faizini şöbə müdirləri, 10,7 faizini şöbə müdirinin müavinləri, 8,5 faizini sektor müdirləri, 26,5 faizini baş məsləhətçilər, 4,7 faizini böyük məsləhətçilər, 12,7 faizini aparıcı məsləhətçilər və 20,7 faizini məsləhətçilər təşkil etmişdir. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91,6 faiz komplektləşdirilmişdir.
Dövlət qulluqçularının orta aylıq əmək haqqı 2014-cü ildə 617,6 manat təşkil etmişdir.
Tel: 538-86-68