Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin may ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
May ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,4 faiz, o cümlədən birillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının uyğun olaraq 5,4 və 0,7 faiz ucuzlaşmış, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,6 faiz bahalaşmışdır. Balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 0,8 faiz ucuzlaşmışdır.
Birillik bitkilərdən lobya dəninin, baş kələmin, xiyarın, pomidorun, baş soğanın, quru otun istehsalçı qiyməti ucuzlaşmış, buğdanın, arpa dəninin istehsalçı qiyməti isə bahalaşmışdır.
Çoxillik bitkilərdən limonun, şabalıdın, fındığın istehsalçı qiyməti bahalaşmış, gül və tərəvəz şitilinin istehsalçı qiyməti isə ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun və keçilərin qırxılmış yuyulmamış yununun, südün, yumurtanın, diri qoyun və keçilərin istehsalçı qiyməti ucuzlaşmış, mal, qoyun və donuz ətinin (diri çəkidə), diri ev quşlarının, quş ətinin (diri çəkidə) istehsalçı qiyməti isə bahalaşmışdır.
Əlaqə telefonu: 538-52-72