Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əmtəə bazarı haqqında
2015-ci ilin yanvar-may aylarında pərakəndə ticarət subyektlərində istehlakçılara 9,5 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz çox əmtəə satılmışdır. Satılmış istehlak mallarının 50,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq malları təşkil etmiş və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 1,2 faiz bəndi artmışdır.
Cari ilin ilk beş ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-may aylarına nisbətən 1,9 dəfə artaraq 4,9 milyon manat təşkil etmişdir. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,8 faizini hüquqi şəxslərin, 7,2 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən almışdır. Elektron ticarət dövriyyəsinin 96,5 faizini qeyri-ərzaq malları təşkil etmişdir.
2015-ci ilin yanvar-may aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 372,4 milyon manat olmuşdur. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 158,9 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 213,5 milyon manat təşkil etmişdir.
Tel: 538-76-95