Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Moldovanın Kişinyov şəhərində “Energetika statistikasından energetika siyasətinə” proqramı çərçivəsində INOGATE-in energetikanın planlaşdırılmasına dair regional seminar keçirilmişdir
Avropa İttifaqının INOGATE Texniki Katibliyinin INOGATE Proqramı çərçivəsində 2015-ci ilin 30 iyun - 1 iyul tarixlərində Moldovanın Kişinyov şəhərində “Energetika statistikasından energetika siyasətinə” proqramı çərçivəsində tərəfdaş-ölkələrin qəbul olunacaq müvafiq təşkilati sistemlərə, metodologiyalara və vasitələrə həsr olunmuş INOGATE-in energetikanın planlaşdırılmasına dair regional seminarında Azərbaycanı Energetika Nazirliyi Aparatının rəhbəri İ.Hüseynov, Dövlət Statistika Komitəsinin Sənaye və tikinti statistikası şöbəsi müdirinin müavini Ə.Kərimov təmsil etmişlər.
Seminarda Azərbaycanla yanaşı Gürcüstanın, Ukraynanın, Moldovanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Belarusun, Ermənistanın, INOGATE-in, Beynəlxalq Enerji Agentliyinin (BEA), Avropanın Energetika Cəmiyyətinin, Moldova İqtisadiyyat Nazirliyinin, Moldova Enerji Səmərəliliyi Agentliyinin və Moldova Respublikasının Elmlər Akademiyasının Energetika İnstitutunun nümayəndələri iştirak etmişlər.
İclası giriş sözləri ilə Moldova İqtisadiyyat Nazirliyinin Enerji təhlükəsizliyi və enerji səmərəliliyi departamentinin direktoru Mariana Botezatu, INOGATE-in Texniki Katibliyindən Nikolas Brizard və Nikos Turlis açaraq INOGATE-in texniki katibliyinin energetika statistikası və siyasətinin energetika sahəsində rolundan, energetikanın planlaşdırılmasına dair energetika statistikası və energetika sahəsində idarəetmə, statistik məlumatlardan istifadə və təhlil, gələcək planlarda BEA-nin tövsiyələrindən istifadə, habelə tərəfdaş-ölkələrdən “Yol xəritəsi”nin tədricən reallaşmasından və bu kimi sahələr üzrə Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıqdan bəhs etmişlər.
Hər bir təqdimatdan sonra seminar iştirakçıları arasında təqdim olunmuş mövzularla bağlı müzakirələr aparılmışdır.
2-ci sessiyada energetika statistikasının enerji planlaşdırılması üçün nəzərdə tutulmuş onlayn sorğu cədvəllərinin nəticələri ilə bağlı Nikolas Brizard çıxış etmişdir.
Növbəti təqdimatlar INOGATE tərəfdaş-ölkələr tərəfindən energetika və energetika statistikası sahəsində görülmüş işlər barəsində olmuşdur. Ölkələr cari ildə gördükləri işlərdən, əldə etdikləri nailiyyətlərdən və qarşıya çıxan problemlərdən bəhs etmişlər. INOGATE tərəfdaş-ölkələrin energetika qurumlarını (nazirliklərini) təmsil edən nümayəndələri öz çıxışlarında ölkələrində energetika sahəsində siyasətin hazırlanması və qərarların qəbul edilməsinə energetika statistikasının inteqrasiya olunması vəziyyəti haqqında məlumat vermişlər. Azərbaycan tərəfindən nümayəndəmiz Ə.Kərimov çıxış etmişdir.
Növbəti gün faktlar əsasında enerji siyasətinin monitorinqinə açılan yollara həsr olunmuş INOGATE-in Beynəlxalq konfransı keçirilmişdir.
Tədbirin sonu INOGATE tərəfdaş-ölkələr üçün maraq kəsb edən prioritet məsələlərin və sahələrin, energetika statistikasının, enerji balanslarının və planlaşdırılmasının (INOGATE Texniki Katibliyinin sədrliyi altında) məlumatlarının keyfiyyətinin yaxşılaşdırılması üzrə növbəti ilə olan tədbirlərlə bağlı təklif və tövsiyələrin müzakirəsinə həsr olunmuşdur.