2015-ci ilin iyun ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında

15.07.2015

2015-ci ilin iyun ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz ucuzlaşmış, sərnişindaşıma tarifləri isə 1,3 faiz bahalaşmışdır.
Hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,1 faiz, digər xarici ölkələr üzrə 4,1 faiz bahalaşmış, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.
Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 11,7 faiz bahalaşmış, yükdaşıma tarifləri isə sabit qalmışdır.
Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri müvafiq olaraq 1,4 faiz və 1,1 faiz ucuzlaşmış, sərnişindaşıma tarifləri isə sabit qalmışdır.
İyun ayında boru kəməri vasitəsilə qazın nəql olunma tarifi 0,1 faiz ucuzlaşmış, neftin nəql olunma tarifi isə sabit qalmışdır. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Əlaqə telefonu: 538-52-72