2015-ci ilin iyun ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

15.07.2015

İyun ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,7 faiz, o cümlədən birillik və çoxillik bitkilərin uyğun olaraq 14,8 və 0,1 faiz ucuzlaşmış, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşmışdır. Balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 0,1 faiz ucuzlaşmışdır.
Birillik bitkilərdən buğdanın, arpanın, baş kələmin, xiyarın, pomidorun, süfrə çuğundurunun, baş sarımsağın, kartofun, baş soğanın, quru otun istehsalçı qiyməti ucuzlaşmış, yoncanın istehsalçı qiyməti isə bahalaşmışdır.
Çoxillik bitkilərdən albalının, alçanın, gilasın, çiyələyin istehsalçı qiyməti ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun və keçilərin qırxılmış yuyulmamış yununun, balın, mal, qoyun və donuz ətinin (diri çəkidə), südün, diri qoyun və keçilərin istehsalçı qiyməti ucuzlaşmış, diri ev quşlarının, quş ətinin (diri çəkidə), yumurtanın istehsalçı qiyməti isə bahalaşmışdır.

Əlaqə telefonu: 538-52-72