2015-ci ilin yanvar-iyun aylarında əhalinin gəlirləri

15.07.2015

2015-ci ilin yanvar-iyun aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq 19,8 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi 4,9 faiz artmışdır.
Bu dövr ərzində gəlirlərin 74,2 faizi son istehlak xərclərinə, 9,4 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 14,0 faizi isə yığıma yönəldilmişdir.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 18,0 milyard manat həcmində və ya əvvəlki ildəkindən 6,2 faiz çox vəsait qalmışdır.

Əlaqə telefonu: 538 90 98