2015-ci ilin yanvar-iyun aylarında Ümumi Daxili Məhsul istehsalı

15.07.2015

2015-ci ilin birinci yarısında ölkədə 26,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Bu dövrdə iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış ÜDM 9,2 faiz, neft-qaz hasilatı və emalı sektorunda isə 1,3 faiz artmış, qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi 66,9 faizə çatmışdır.
ÜDM-in 54,1 faizi iqtisadiyyatın istehsal sahələrinin, o cümlədən 36,0 faizi sənayenin, 12,5 faizi tikintinin, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,5 faizi isə xidmət sahələrinin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil etmişdir.

Əlaqə telefonu: 538 74 50